BAKI, 1 aprel. TELEQRAF

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final qarşılaşmaları baş tutub.

Teleqraf xəbər verir ki, İsveç evdə Polşa millisini 3:2 hesabı ilə məğlub edib.

Türkiyə millisi Kosovo ilə səfər matçında 1:0 hesablı qələbə əldə edərək mundiala vəsiqə qazanıb.
Digər görüşlərin taleyinə isə penaltilər seriyasında aydınlıq gətirilib.

DÇ-2026, seçmə mərhələ
Final
Çexiya - Danimarka - 2:2 (penaltilər 3:1)
Kosovo - Türkiyə - 0:1
İsveç - Polşa - 3:2
Bosniya və Herseqovina - İtaliya - 1:1 (penaltilər 4:1)

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.