BAKI, 31 mart. TELEQRAF

Türkiyə millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Teleqraf yerli “sarı-qırmızılılar” ötən yay da gündəmlərində olan 31 yaşlı yarımmüdafiəçi üçün bu dəfə daha konkret addımlar atmağa hazırlaşır.

Baş məşqçi Okan Burukun Hakan Çalhanoğlu ilə mütəmadi əlaqə saxladığı və onu komandasında görmək istədiyini rəhbərliyə bildirdiyi iddia edilir.

Milan təmsilçisi isə futbolçunun ayrılığına əvvəlki ilə müqayisədə daha müsbət yanaşır. Məlumata görə, əvvəl 35 milyon avro tələb edən “İnter” bu məbləği 15 milyon avroya qədər azaltmağa hazırdır.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter” forması ilə 26 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.