BAKI, 22 mart. TELEQRAF
Seneqal yığma komandası Afrika Millətlər Kubokunda qazandığı titulunu martın 28-də Peruya qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl qeyd etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) çempionluğu rəsmi olaraq Mərakeşə verməsinə baxmayaraq, Seneqal tərəfi bu qərarla razılaşmır.
Seneqal Futbol Federasiyası CAF-ın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini və konfederasiya daxilindəki "korrupsiya şübhələri" ilə bağlı beynəlxalq araşdırma tələb etdiyini açıqlayıb. Baş məşqçi Pape Tiaun rəhbərlik etdiyi komanda, qalmaqallı finaldan sonra ilk matçında kuboku 80 min azarkeş qarşısında nümayiş etdirməyə hazırlaşır.
Fransanın paytaxtı Parisdə keçiriləcək oyundan öncə dünya şöhrətli ulduzların çıxışı gözlənilir. Seneqal tərəfi rəsmi qərara baxmayaraq, özünü qalib hesab edərək milli komandanın uğurunu möhtəşəm şou ilə qeyd etmək niyyətindədir.