BAKI, 13 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIV turunun açılış oyununda “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi matçda Muxtar Respublika təmsilçisindən Hamidu Keyta (37-ci dəqiqə) ilə Ba-Muaka Simakala (40) fərqləniblər. Yevlax komandasının yeganə qolunu 51-ci dəqiqədə Kayl Spens vurub.

Bununla da 5-ci sırada qərarlaşan “Araz-Naxçıvan” xallarının sayını 36-ya çatdırıb. “Karvan-Yevlax” 8 xalla sonuncu - 12-cidir.

Qeyd edək ki, günün digər oyununda “Sumqayıt” “Şamaxı” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:30-da səslənəcək.