BAKI, 11 mart. TELEQRAF

AFFA “Sabah” klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı şikayətini təmin etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərasr qəbul edib.

Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətə baxılmayıb və qərarı qüvvədə saxlanılıb. Həmin qərarda Komitə Masazır təmsilçisinin futbolçuya 10 000 manat ödəməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, "Sabah"ın yetirməsi olan Yusif İmanov 2022-2025-ci illərdə əsas komandanın formasını geyinib. 24 yaşlı qolkiper hazırda "Kəpəz"də çıxış edir.