BAKI, 6 mart. TELEQRAF
AFFA İntizam Komitəsi "Qarabağ" - "Sabah" (3:3) matçında baş verən insidentlə bağlı yeni qərar verəcək.
Teleqraf-ın bu gün "Sabah"ın məşqçisi Valerio Zuddasın qeyri-etik jestini əks etdirən videogörüntü yayımlaması AFFA İK-in təcili iclasını zəruri edib.
Əldə etdiyimiz məlumata görə, AFFA İntizam Komitəsi sabah məsələ ilə bağlı yenidən bir araya gələcək və Valerio Zuddasın ədəbsiz jesti ilə bağlı ölçü götürəcək.
Əcnəbi məşqçinin "Qarabağ"ın üzvlərinə etdiyi hərəkətə görə "Sabah"a və Zuddasa ağır cəza veriləcək.
İntizam Komitəsinin qərarı tezliklə açıqlanacaq.
Qeyd edək ki, daha öncə Komitə sədri Erkin Hüseynov Teleqraf-a açıqlamasında əldə videogörüntü olmadığına, protokolda faktın qeyd edilmədiyinə görə cəza verilmədiyini bildirmişdi.