BAKI, 6 mart. TELEQRAF

Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəinin yubileyi Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.

Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.

Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.