BAKI, 6 mart. TELEQRAF
İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsi üçün hədəfləri müəyyənləşib.
Teleqraf məşhur insayder Ben Ceykoba istinadən xəbər verir ki, "qırmızı şeytanlar" heyəti gücləndirmək üçün bir neçə tanınmış oyunçunu izləyir.
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Mançester təmsilçisinin əsas hədəflərindən biridir. İtaliyalı futbolçu ölkəsinə qayıtmağa üstünlük versə də, İtaliya klublarının maliyyə çətinlikləri transferin "Mançester Yunayted"in xeyrinə həll olunmasına şərait yarada bilər.
"Mançester Yunayted" həmçinin Yan Diomande ("Leypsiq"), Yulian Ryerson ("Borussiya Dortmund") və Elliot Andersonla ("Nottingem Forest") maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasında 29 oyundan sonra 51 xalla üçüncü sırada qərarlaşıb.