BAKI, 2 mart. TELEQRAF

İspaniya Sequndasının 28-ci turu çərçivəsində martın 1-də keçirilən “Sportinq Xixon” və “Leqanes”matçında faciəvi hadisə baş verib.

Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsində azarkeşlərdən birinin səhhəti qəfil pisləşib və bu səbəbdən oyun dayandırılıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, tibbi müdaxilələrə baxmayaraq, 82 yaşlı azarkeşin həyatını xilas etmək mümkün olmayıb. Mərhum azarkeşin 40 ildir ki, "Sportinq" klubunun oyunları üçün mövsümi abunə sahibi olduğu bildirilir.

Faciə ilə əlaqədar matçın davam etdirilməməsi barədə qərar qəbul edilib. Görüşün keçiriləcəyi yeni tarix və saat barədə rəsmi məlumat daha sonra veriləcək.