BAKI, 1 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXII turunda “Turan Tovuz” və “İmişli” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Oyunu baş hakim Fərid Hacıyev idarə edib.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Jorj Kaşkilyanın komandası isə 21 xalla 9-cu sırada yer alıb.
Qeyd edək ki, günün növbəti matçənda “Qarabağ” “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da start götürəcək.