BAKI, 27 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Teleqraf xəbər verir ki, turun açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları qarşılaşıb.
Yevlax şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı 2-ci dəqiqədə Ryonosuke Ohori açıb. 19-cu dəqiqədə Luis Paçu fərqi artırıb. Braziliyalı forvard 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib.
"Kimyaçılar"ın yarımmüdafiəçisi Nikola Ninkoviç 62-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Bununla da "Kəpəz" xallarının sayını 16-ya çatdıraraq 10-cu pilləyə yüksəlib. "Sumqayıt" 31 xalla altıncıdır.