BAKI, 27 fevral. TELEQRAF

İspaniyanın “Barselona” klubu müdafiə xəttini gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.

Teleqraf “Sport Italia” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İtaliya “İnter”inin mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 26 yaşlı italiyalı futbolçunun keçidini rəhbərlikdən tələb edib.

Bastoninin yüksək transfer qiyməti “Barselona” üçün əsas maneə hesab olunsa da, klub rəhbərliyinin yay transfer pəncərəsində müdafiəni gücləndirmək üçün böyük məbləğdə xərc çəkməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Bastoni 2017-ci ildən “İnter”in şərəfini qoruyur.