BAKI, 26 fevral. TELEQRAF

İspaniyanın “Real Madrid” klubunun bir azarkeşi Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda Portuqaliyanın “Benfika” komandası ilə cavab oyunu ərəfəsində nasist salamı göstərdiyinə görə stadiondan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.

Matç başlamazdan əvvəl nasist salamı göstərən azarkeş kameraların obyektivinə düşüb. “Real”ın təhlükəsizlik xidmətinin əməkdaşları onu dərhal müəyyən edərək stadiondan kənarlaşdırıblar.

Klubdan bildirilib ki, daxili qaydalara uyğun olaraq hansı tədbirlərin görüləcəyini müəyyənləşdirmək üçün intizam araşdırmasına başlanılıb.