BAKI, 25 fevral. TELEQRAF
Rumıniyalı mütəxəssis Kristian Kivu “İnter”lə müqaviləsini 2028-ci ilə qədər uzadacaq.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Yeni anlaşmaya görə, müqavilə daha bir il də uzadıla bilər. Həmçinin, 45 yaşlı mütəxəssisin maaşı artırılacaq.
Qeyd edək ki, Kristian Kivu “İnter”in "sükanı arxası"na 2025-ci ilin iyununda keçib. Milan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçin “Budo/Qlimt” klubuna məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.