BAKI, 15 yanvar. TELEQRAF

Fransanın PSJ klubu futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Paris təmsilçisi 28 yaşlı hücumçusuna uzunmüddətli müqavilə təklif edib. Dembelenin hazırkı sözləşməsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Usman Dembele 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 16 matçda 5 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.