BAKI, 15 yanvar. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr karyerasını İtaliyada davam etdirə bilər.

Teleqraf "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə "İnter", "Napoli" və "Fiorentina" komandaları maraqlanır.

Hər üç A Seriyası təmsilçisi ingiltərəli oyunçunu qış transfer pəncərəsində transfer etmək niyyətindədir.

Maquayrın İtaliyaya köçməyə hazır olduğu və orada müntəzəm oyun vaxtı əldə edə biləcəyinə inandığı bildirilir.

Qeyd edək ki, Harri Maquayrın "Mançester Yunayted"lə müqaviləsinin müddəti iyuna qədərdir. O, cari mövsüm ərzində iştirak etdiyi 10 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.