BAKI, 7 yanvar. TELEQRAF
Fransanın PSJ klubunun tarixinin ilk məşqçilərindən biri olan Robert Viko 94 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Viko 1970-ci illərin əvvəllərində paytaxt təmsilçisinin formalaşma illərində əsas rol oynayıb. O, 1972-1975-ci illər arasında PSJ-də məşqçilik edib.
Viko klubun üçüncü diviziondan birinci diviziona qədər yüksəlməsinə xüsusi töhfə verib.
Qeyd edək ki, Robert Vikonun son iş yeri 1986-cı ildə ayrıldığı "Bezye" komandası olub.