BAKI, 6 yanvar. TELEQRAF
"Barselona" Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Joau Kanselunu tezliklə heyətinə qata bilər.
Teleqraf İnsayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında 31 yaşlı müdafiəçinin keçidi ilə bağlı artıq razılıq əldə olunub.
Kanselu 2025/26 mövsümünün sonunadək icarə əsasında Kataloniya klubunda çıxış edəcək. "Barselona" bu transfer üçün Səudiyyə klubuna 4 milyon avro ödəyəcək.
Qeyd edək ki, Joau Kanselunun "Əl-Hilal" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.