BAKI, 5 yanvar. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Berkan Kutlu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Berkan Kutlu 2021-ci ildən “Qalatasaray”ın şərəfini qoruyurdu. O, 2023-2024-cü illərdə icarə əsasında İtaliyanın “Cenoa” komandasında çıxış edib.