BAKI, 4 yanvar. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu İtaliya təmsilçisi “İnter”in futbolçusu David Frattesini heyətinə qatmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

“Cim-Bom” 27 yaşlı yarımmüdafiəçinin transferi üçün 35 milyon avrosundan keçməyə hazırdır. Türklər icarə ilə alınma və sonra mütləq alış öhdəliyi variantını nəzərdən keçirir.

Qeyd edək ki, David Frattesi 2023-cü ilin iyulundan “İnter”in formasını geyinir. Cari mövsümdə 27 yaşlı futbolçu bütün turnirlərdə 15 oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.