BAKI, 3 yanvar. TELEQRAF
“Çelsi”nin ukraynalı futbolçusu Mixail Mudrik diskvalifikasiyadan sonra tezliklə yaşıl meydanlara qayıda bilər.
Teleqraf “The Chelsea Forum”a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçiyə tətbiq olunan cəzanın yaxın vaxtlarda ləğv edilməsi planlaşdırılır.
İddialara əsasən, Mudrik yenidən “mavilər”in oyun üçün sifariş vərəqəsində yer ala biləcək. Klub daxilində futbolçunun formasını bərpa etməsi üçün Fransanın “Strasburq” klubuna icarəyə göndərilməsini də müzakirə edilir.
İcarə müddəti başa çatdıqdan sonra “Çelsi” rəhbərliyi futbolçunu ya heyətdə saxlayacaq, ya da transferə çıxaracaq.
Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin “Çelsi” klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər qüvvədədir. 24 yaşlı futbolçu 2024-cü ildə dopinq qəbul etməkdə ittiham olunaraq futboldan uzaqlaşdırılmışdı.