BAKI, 30 dekabr. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində əsas heyətdə oynaya biləcək mərkəz yarımmüdafiəçisi transfer etmək niyyətindədir.

Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ilkin hədəfləri olan İtaliya “Atalanta”sının futbolçusu Ederson və Belçikanın “Brügge” komandasının üzvü Rafael Onyedika üçün tələb olunan yüksək transfer məbləğləri (müvafiq olaraq 40 və 30 milyon avro) bu keçidləri çətinləşdirib.

Bu səbəbdən “sarı-qırmızılılar” hazırda İngiltərənin “Mançester Yunayted” klubunun uruqvaylı ulduzu Manuel Uqarte variantına üstünlük verir.

“Qalatasaray” “qırmızı şeytanlar”la icarə əsaslı razılıq əldə etməyə çalışır.

Qeyd edək ki, Manuel Uqarte 2024-cü ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsüm ərzində 13 oyunda iştirak edib.