BAKI, 30 dekabr. TELEQRAF
Almaniyanın "Borussiya Dortmund" klubunun futbolçusu Emre Can karyerasını Türkiyədə davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, əslən türkiyəli oyunçu uğrunda üç İstanbul nəhəngi - "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça" mübarizə aparır.
31 yaşlı yarımmüdafiəçi ölkəsini dəyişməyə müsbət yanaşır. Onun "arılar"la müqaviləsi 2026-cı ilin yayında bitir.
Qeyd edək ki, Emre Can "Bavariya"nın yetirməsidir. O, Münhen təmsilçisindən başqa "Bayer Leverkuzen", "Liverpul" (İngiltərə) və "Yuventus"da da (İtaliya) forma geyinib. Can 2015-ci ildən Almaniya yığmasının üzvüdür.