BAKI, 26 dekabr. TELEQRAF
Nüfuzlu "L'Équipe" nəşri 2025-ci il üçün ən yaxşı Fransa idmançılarının reytinqini tərtib edib.
Teleqraf xəbər verir ki, birinci yeri "Qızıl top"un qalibi, PSJ-nin futbolçusu Usman Dembele tutub.
İkinci sırada üzgüçü Leon Marşan qərarlaşıb.
2025-ci ilin ən yaxşı Fransa idmançılarının sıyahısı:
1. Usman Dembele (futbol), 803 xal;
2. Leon Marşan (üzgüçülük), 661 xal;
3. Çarli Dalin (yelkənli qayıq), 380 xal;
4. Cimmi Qressye (atletika), 369 xal;
5. Maksim Qrusse (üzgüçülük), 232 xal;
6. Lui Biel-Biarri (reqbi), 215 xal;
7. Tomas Ramos (reqbi), 83 xal;
8. Sebastyen Ojye (ralli), 82 xal;
9. Dezire Due (futbol), 71 xal;
10. Joan-Benjamen Qaba (cüdo), 68 xal.