BAKI, 15 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XV turunda “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda qolları Toral Bayramov (30, 90+5), Nəriman Axundzadə (41), Joni Montiel (57), Leandro Andrade (72); Roman Maçado (76) vurublar.

Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 33 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. 23 xalı olan “Araz-Naxçıvan” isə 6-cı pillədə yer alır.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Kəpəz” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.