BAKI, 15 dekabr. TELEQRAF

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Teleqraf xəbər verie ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat verilib.

"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formamızı təqdim edib.