BAKI, 9 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i qəbul edəcək. Hazırda “qırmızı-ağlar” 20 xalla turnir cədvəlinin 6-cı pilləsində, “sarı-göylər” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.

Günün son oyununda “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “İmişli”ni qəbul edəcək. Hazırda Saşa İliçin kollektivi 23 xalla 5-ci, Jorj Kaşkilyanın komandası isə 15 xalla 9-cu pillədə yer alıb.

Azərbaycan Premyer Liqası

XIV tur
9 dekabr

17:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Liv Bona Dea Arena”

19:30. “Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” öz meydanında “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Şamaxı” səfərdə “Karvan-Yevlax”ı 3:0, “Sabah” isə evdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “Turan Tovuz” görüşü dumanlı hava səbəbindən yarımçıq dayandırılıb və qeyri-müəyyən tarixə təxirə salınıb.