BAKI, 7 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun növbəti matçı keçiriləcək.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək. Görüşü baş hakim Cavid Cəlilov idarə edəcək.

Hazırda “Karvan-Yevlax” 5 xalla turnir cədvəlinin 12-ci, “Şamaxı” isə 14 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” “Qarabağ”la heç-heçə edib — 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XIV tur

7 dekabr

14:00. “Karvan-Yevlax” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı

VAR: Rəşad Əhmədov

AVAR: Emin Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Yevlax şəhər stadionu