BAKI, 5 dekabr. TELEQRAF

Fransanın PSJ klubunun sabiq futbolçusu Eman Kari karyerasını bitirmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Fransalı oyunçu ötən mövsüm icarə əsasında "Loryen"də icarə əsasında çıxış edib. O, yayda Paris təmsilçisinə döndükdən sonra artıq çəki səbəbindən müqaviləsini yeniləyə bilməyib.

Bir sıra klublardan təklif alan Kari karyerasını bitirməyi seçib.

Qeyd edək ki, Ayman Kari Fransanın U18, U19 və U20 yığma komandalarında çıxış edib.