BAKI, 1 dekabr. TELEQRAF
İngiltərənin "Vest Hem" klubunun əfsanəvi futbolçusu Billi Bonds vəfat edib.
Teleqraf xəbər verir ki, London təmsilçisi ilə iki dəfə FA Kubokunun qalibi olan müdafiəçi noyabrın 30-da 79 yaşında dünyasını dəyişib.
21 illik karyerası (1967-1988) ərzində 799 oyunda iştirak edən Bonds bu göstəricidə "Vest Hem" tarixinin rekordçusudur.
O, 1990-cı ildən 1994-cü ilə qədər komandanın baş məşqçisi vəzifəsində də çalışıb.
2018-ci ildə komandanın azarkeşləri Billi Bondsu bütün dövrlərin ən yaxşı "Vest Hem" oyunçusu seçiblər. 2019-cu ildə London Olimpiya Stadionunda onun adını daşıyan tribuna açılıb.