YEVLAX, 28 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Kəpəz” – “Zirə” matçını izləyənlər arasında AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov da yer alıb.
Teleqraf-ın məlunatına görə, sabiq FIFA referisi təyinatından sonra ilk bölgə səfərini Yevlax şəhər stadionuna edib.
O, oyunu Hakim-inspektor Şahin Cəfərovla birgə fəxri tribunadan izləyir.
Qeyd edək ki, baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə hələlik hesab açılmayıb.