BAKI, 26 noyabr. TELEQRAF
"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada "Napoli" ilə keçirilən oyunda huşunu itirib.
Teleqraf xəbər verir ki, buna səbəb rəqibin futbolçusu Skot Maktomineyin 51-ci dəqiqədə qapı çərçivəsinə vurduğu topun Medinanın üzünə dəyməsi olub.
Kolumbiyalı oyunçu həkimlərin müayinəsindən sonra oyuna davam edib. "Dieqo Armando Maradona" stadionunda təşkil olunan görüşdə hesab hazırda 0:0-dır.