BAKI, 19 noyabr. TELEQRAF
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında tarix yazmağa davam edir.
Teleqraf xəbər verir ki, komandamız finalda Türkiyə yığmasına 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Beləliklə, komandamız çempionluq titulunu qoruyub.
Qeyd edək ki, millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.