BAKI, 19 noyabr. TELEQRAF
Kataloniyanın “Barselona” klubu cari mövsüm üçün dördüncü dəst formasının necə görünəcəyini təqdim edib.
Teleqraf xəbər verir ki, yeni forma 2005-ci ildə “Real Madrid” komandasını “Santyaqo Bernabeu” stadionunda 3:0 hesabı ilə darmadağın etdikləri oyuna həsr olunub.
“Barselona”nın texniki sponsoru isə məşhur Amerika şirkəti Nike-dır.
Qeyd edək ki, bu mövsüm La Liqanın X turunda "Real Madrid" doğma meydanda "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib.