BAKI, 16 noyabr. TELEQRAF
Oyun başa çatdı. Fransa yığması millimizi 3:1 hesabı ilə məğlub etdi.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1 xalla qrup sonuncusu oldu.
***
22:04
İkinci hissə başladı.
***
21:49
İlk hissə başa çatdı - 1:3.
***
21:46
Millimizin qapıçısı Şahrudin Məhəmmədəliyev 45-ci dəqiqədə avtoqol müəllifi oldu - 1:3.
***
21:30
Fransanın heyətində Manes Akliuş 30-cu dəqiqədə fərqləndi - 1:2.
***
21:17
Fransanın heyətində Jan-Filip Mateta 17-ci dəqiqədə hesabı bərabərləşdirdi.
***
21:03
Millimizin hücumçusu Renat Dadaşov 4-cü dəqiqədə hesabı açdı.
***
21:00
Azərbaycan millisi ilə Fransa yığması arasında DÇ-2026-nın seçmə mərhələ oyunu başlayıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün baş hakimi latviyalı FIFA referisi Andris Treimanisdir.