BAKI, 15 noyabr. TELEQRAF

“Barselona” müdafiəçi Erik Qarsiya ilə müqavilənin uzadılması barədə razılığa gəlməyə yaxındır.

Teleqraf “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 2026-cı ildə başa çatacaq anlaşmanı 4-5 il müddətinə uzatmaq niyyətindədir.

Lakin 24 yaşlı futbolçu daha qısa müddətli müqaviləyə üstünlük verir və əlavə uzatma opsiyasını da istəyir.

Qeyd edək ki, Qarsiya 2021-ci ilin yayında “Barselona”ya keçib, 131 oyunda iştirak edərək 7 qol vurub və 5 məhsuldar ötürmə edib.