BAKI, 15 noyabr. TELEQRAF
Fransa milli komandası Bakıya gəlib.
Teleqraf xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Fransa milli komandası Bakıdadır.
Bu barədə Fransa Futbol Federasiyasının sosial şəbəkə hesabı məlumat paylaşıb.
Qeyd edək ki, matç noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.