BAKI, 14 noyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda baş tutacaq Azərbaycan - Fransa oyununa hakim təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Andris Treimanisə Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirəcək.
Kley Ruperti VAR-da Kristaps Ratnieks isə AVAR-da təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.