BAKI, 13 noyabr. TELEQRAF

İspaniyanın “Atletiko Madrid” klubu argentinalı yarımmüdafiəçi Culiano Simeone ilə müqaviləni uzatmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, baş məşqçi Dieqo Simeonenin kiçik oğlu olan 23 yaşlı futbolçu ilə yeni anlaşma 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Klub futbolçunun Argentina yığmasının toplanışında iştirak etməməsindən istifadə edərək yeni müqavilənin son detalları üzərində işi tamamlayacaq.

Qeyd edək ki, Culiano Simeone cari mövsüm bütün turnirlərdə 16 matçda meydana çıxan argentinalı futbolçu 3 qol vurub, 5 məhsuldar ötürmə verib Madrid təmsilçisi hazırda İspaniya La Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.