BAKI, 13 noyabr. TELEQRAF
"Sabah"ın slovakiyalı futbolçusu Pavol Şafranko əməliyyat olunub.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.
İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.