BAKI, 12 noyabr. TELEQRAF

Əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyiləm.

Teleqraf xəbər verir ku, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunundan öncə keçirdiyi mətbuat konfransında deyib.

O, yığmada yerli oyunçulara güvəndiyini söyləyib:

"Şəxsi fikrimə görə, belə bir şeyin olmasının tərəfdarı deyiləm. Daha çox yerli futbolçuların heyətdə yer almasını istərdim. Azərbaycanda istedadlı futbolçular var. Biz gələcəyə baxmalıyıq".

Ayxan Abbasov aşağı yaş üzrə milli komandaların mənfi göstəricilərinə də münasibət bildirib:

“Çox çətindir. Bu gün A komanda yox, 21, 19 və aşağı yaş komandaları üst rəqiblərə qarşı çətinlik çəkir. Bu yaralı yerimizdir. Biz bir stadion tikəndə sevinirik, amma çox şeydə geri qalırıq. Bu gün götürsək Avropa komandalarına baxsaq, az imkandan yaxşı nəticə əldə etməlidirlər".