BAKI, 9 noyabr. TELEQRAF
“Qarabağ”a qarşı oynamaq asan deyil, onların səviyyəsi hər kəsə bəllidir”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının “Zəfər turu”nda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının pis oynamadığını söyləyib: “Belə ucuz penaltilər verilməməlidir. Niyə eyni “kontakt”dan digər oyunlarda bizim lehimizə verilmir? Elçin Məsiyev həmin qərarda səhv idi. Komandamdan razıyam. Son nöqtə - qolumuz çatışmırdı. Vensan Abubakar epizodlara girə bilmədi, amma rəqib də hər dəfə boşluq verən rəqib deyil. Bu qədər azarkeşin stadiona gəlməsinin səbəbi “Qarabağ” deyil, “Neftçi”dir. Son oyunlarımızdakı çıxışımız rəqabəti yaratmışdı”.