BAKI, 3 noyabr. TELEQRAF

“Neftçi” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, X turda “Kəpəz”lə ev oyununda 5:1 hesabı ilə qalib gəldiyi matça təsadüf edib.

Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt təmsilçisi yalnız iki dəfə - 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.

Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.