BAKI, 27 oktyabr. TELEQRAF
Türkiyə Superliqasının X turunda "Fənərbağça" səfərdə "Qaziantep"lə qarşılaşıb.
Teleqraf xəbər verir ki, matç İstanbul təmsilçisinin böyük hesablı qələbəsi ilə bitib - 4:0.
“Fənərbağça”nın qollarını Yussef En-Nesiri (5, 21) və Anderson Taliska (81, 88) vurublar.
Qeyd edək ki, Superliqada turnir cədvəlinə 28 xalla "Qalatasaray" başçılıq edir. 23 xalı olan "Trabzonspor" ikinci, 1 xal az toplayan "Fənərbağça" isə üçüncüdür.