BAKI, 16 oktyabr. TELEQRAF

Fransanın PSJ klubunun rəhbərliyi rusiyalı qapıçı Matvey Safonovun açıqlamalarından narazı qalıb.

Teleqraf xəbər verir ki, buna səbəb 27 yaşlı qolkiperin komanda daxilində oyun praktikasının azlığından şikayətlənməsi olub.

Safonov bildirib ki, əsas heyətdə yer almağa layiq olduğunu sübut etmək əzmindədir. Klub rəhbərliyi isə bu mövzunun mətbuatda müzakirə edilməsini komandanın daxili sabitliyinə mənfi təsir göstərə biləcək hal kimi qiymətləndirib.

2024-cü ildən PSJ-nin formasını geyinən Safonov cari mövsümdə hələlik klub səviyyəsində meydana çıxmayıb.

Qeyd edək ki, ötən mövsümdə rusiyalı qapıçı 17 oyunda iştirak edib, 13 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. O, Paris təmsilçisi ilə birlikdə həm Fransa çempionu, həm də UEFA Çempionlar Liqasının qalibi olub.