BAKI, 12 oktyabr. TELEQRAF

"Qarabağ" komandasının dünya reytinqindəki mövqeyi dəyişib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 14 pillə irəliləyib.

171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə yüksəlib. “Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da qərarlaşıb.

"Sabah" (81 xal) 302-ci mövqedən 296-ya qalxıb.

"Araz-Naxçıvan" (66,5) 355-dən 391-ə, "Zirə" (65,5) isə 380-dən 407-yə enib.

Qeyd edək ki, 501 futbol klubunun yer aldığı reytinq cədvəlinə 537 xalla Fransanın PSJ klubu başçılıq edir.