BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunlarıçərçivəsində futbol yarışları başa çatdı.

Teleqraf xəbər verir ki, fiinal oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları qarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində KlimDenisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan millisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.

Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirinqalibi oldu. Azərbaycan yığması gümüş, Belarus komandası isə bürünc medallara sahib çıxdı.