QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF
“Qol imkanlarımızdan istifadə edə bilsəydik, hesab daha da böyük ola bilərdi”.
Teleqraf xəbər verir ki, bunu U-16 Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarında Qırğızıstanı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis qarşılaşmanın çətin keçdiyini söylətib: “Rəqibin aqressiv olacağını əvvəldən bilirdik. İkinci hissədə topa daha çox sahib olduq. Finalda Rusiya və Belarus komandalarından birini gözləyirik”.
Nəbiyev komandasının çempion olacağına inandığını əlavə edib: "AFFA rəhbərliyi bizim yanımızdadır. İnanıram ki finalda da yanımızda olacaqlar. Eləcə də azarkeşlərin də bizimlə birgə olacağına ümid edirəm. Artıq komanda kimi formalaşmışıq. Son oyunlarda qələbələr ard-arda gəlir. Kuboku birlikdə götürəcəyimizə inanıram".