BAKI, 22 sentyabr. TELEQRAF

"Qızıl top" mükafatının nəticələri internetə sızdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayer Pablo Jiralt X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, mükafatı "Barselona" və İspaniya millisinin futbolçusu Lamin Yamal alacaq. İkinci yeri isə Fransanın PSJ klubunun üzvü Usman Dembele tutub.

Xatırladaq ki, bu gün “France Football” jurnalının təşkilatçılığı ilə dünyanın ən yaxşı futbolçularının 69-cu illik mükafatlandırma mərasimi baş tutacaq. Parisdəki “Şatle" teatrında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.