BAKI, 18 sentyabr. TELEQRAF

AFFA "Neftçi" klubunu 8000 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Buna səbəb IV turun “Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşyaların atılmasıdır. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "ağ-qaralar" 3000 manat, azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimə edilib.

Bununla yanaşı, Azərbaycan Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Həmçinin, oyununun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “İmişli” komandası 3000 manat cərimələnib.

Azərbaycan Premyer Liqasında IV turun “Şamaxı” – “Karvan-Yevlax” oyununda “Şamaxı” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cəzalandırılıb.